Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Məhkəmə BVF sədrini zaminə buraxmadı


Beynəlxalq Valyuta Fondunun 62 yaşlı icraçı direktoru Dominique Strauss-Kahn
Beynəlxalq Valyuta Fondunun 62 yaşlı icraçı direktoru Dominique Strauss-Kahn

BVF SƏDRİ MAYIN 20-Ə QƏDƏR HƏBSDƏ QALASI OLDU


Nyu-York məhkəməsi seksual təcavüzdə ittiham olunan Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominique Strauss-Kahn-i zaminə buraxmaqdan imtina edib.
Məhkəmənin qərarına görə, o, növbəti iclasa - mayın 20-ə qədər həbsdə qalacaq.

Bu gün məhkəməyə çxıarılan Strauss-Kahn-ın vəkili onun 1 milyon dollar girov müqabilində zaminə buraxılmasını istəyirdi.

Fransalı jurnalist və yazar Tristane Banon-un vəkili də bildirib ki, Kahn 2002-ci ildə onun müştərisinə də təcavüz edibmiş və bununla bağlı şikayət verməyə hazırlaşırlar.

Beynəlxalq Valyuta Fondunun 62 yaşlı icraçı direktoru Dominique Strauss-Kahn Nyu-Yorkda bir gecəsi 3 min dollar olan dağ hotellərindən birində çalışan 32 yaşlı qadını zorlamağa cəhddə ittiham olunur.

Vəkilləri deyirlər ki, o, məhkəmə-tibbi ekspertizaya razılaşıb. Strauss-Kahn gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkisində Sosialist partiyasından mümkün namizəd hesab olunur.

Onun gecəsi 3 minə olan lüks nömrəsini təmizləməyə girən qadın gunorta çağlarında hadisə ilə bağlı dərhal polisə müraciət edib. Qadın polisə danışıb ki, Strauss-Kahn vanna otağından çılpaq çıxaraq onu qamarlayıb, sonra da yataq otağına dartıb. Qadının iddiasına görə, Strauss-Kahnın əlindən çıxsa da, fond direktoru onu yenidən tutub və bu dəfə vanna otağına sürükləyib.

«O, ÖZÜNÜ TƏQSİRLİ BİLMİR»

İttihamlar təsdiqlənsə, Strauss-Kahnı 20 ilə qədər həbs cəzası gözləyə bilər.
Vaxtilə pop-ulduz Maykl Ceksonu (Michael Jackson) uşaqbazlıq ittihamında uğurla müdafiə etmiş vəkil Benjamin Brafman indi Strauss-Kahnı təmsil edir. Brafman deyir ki, Strauss Kahn özünü təqsirli bilməyəcək:

«O, özünü müdafiə etmək niyyətindədir və hər gansı səhv iş görmədiyini deyir».

Bu skandal Beynəlxalq Valyuta Fondu üçün çətin vəziyyət yaradıb.

BVF-nun direktorunun qalmaqallı həbsi Yunanstana borc verilməsinin artırılması ilə bağlı danışıqları çətinləşdirə bildi.

Avropa Komissiyası bu gün deyib ki, Strauss-Khanın hadisəsi narahatçılıq doğursa da, maliyyə problemiylə üzləşmiş avrozona ölkələri üçün xilasedici paketlərə təsiri olmayacaq.

«DANIŞIQLARIN BAŞINI QARA BULUDLAR ALIB»


Ancaq AzadlıqRadiosunun Brüsseldəki müxbiri Rikard Jozwiak deyir ki, Strauss-Kahnın həbsi Avropa Birliyinin maliyyə nazirlərinin bu günkü toplantısına kölgə salır. Strauss-Kahn iki günlük görüşdə iştirak etməyə hazırlaşmışdı:

«O, təkcə İrlandiyanın yox, Portuqaliya və Yunanstanın da gizli zaminlərindən biridir. Güman ki, onlar Portuqaliya üçün zəmanət verilməsinə razılaşmalıdırlar. Beləliklə, həqiqətən də ağır vaxt seçimidir. Şura istəyir, təsvir eləsin ki, Fonddan kimisə göndərməyə hazırlaşır və danışıqlar sadəcə davam edəcək. Ancaq aşkar görünür ki, danışıqların başını qara buludlar alıb».

Britaniyanın «The Independent» qəzetinin Brüsseldəki nümayəndəsi Vanessa Mockin fikrincə, yeni skandal avro valyutası üçün pis xəbərdir.

STRAUSS-KAHNIN ARVADI ƏRİNƏ İNANIR

İttihamlar Fransada müxalifətçi Sosialist Partiyasında qarmaqarışıqlıq yaradıb.

Dominique Strauss-Kahn
Baxmayaraq ki, Strauss-Kahn hələ ki, 2012-ci ildə keçiriləcək prezident seçkisində partiyanın namizədi elan edilməyib, o, indidən seçkidə əsas favorit kimi görünürdü.

Partiyanın 24 ildə ilk dəfə ümidi vardı ki, seçkini udsun. Sosialistlərin liderləri təqsirsizlik prezumsiyasını əsas gətirib sakitliyə və dəb-ərkana çağırıb. Strauss-Kahnın arvadı, Fransa televiziyasının jurnalisti Anne Sinclai deyib ki, o, ərinə qarşı olan ittihamlara inanmır.

«HƏR KƏSİ FRANSANIN İMİCİ DÜŞÜNDÜRÜR»


Sarkozinin sağ-mərkəzçi partiyası hələ ki, Strauss-Kahnı mühakimə etməyib. Partiyanın rəhbəri Jean Francois Cope Fransa televiziyasına bu gün danışıb:

«Bu anlarda, mən deməliyəm ki, hər kəs Fransanı imici barədə düşünür. Təsəvvür edin, belə bir imic dünyanın hər yerinə yayılır. Bu, açıq-aydın danışıq mövzusudur. Ancaq biz yenə də bu ciddi və vacib işin mahiyyətindən sarsılmışıq».

Beynəlxalq Valyuta Fondu hələ ki, hadisə ilə bağlı şərh verməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG