Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə rüşvət ittihamlarına görə 11 polis əməkdaşına cəza verilib.


Mayın 16-da İdarənin saytında yayılan xəbərdə qeyd edilir ki, "yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub." xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş 5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib.

Bu ilin əvvəlindən Azərbayanda prezidentin göstərişi ilə ölkədə korrupsiya əleyhinə kampaniya gedir. Həmin kampaniya haqqında ətraflı məlumatlarla burada tanış ola bilərsiniz.

Şərhləri göstər

XS
SM
MD
LG