Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:07

Ad və soyadın dəyişdirilməsi haqqında qərar təsdiq olundu


Nazirlər Kabineti
Nazirlər Kabineti
Hökumət vətəndaşların ad, ata adı və soyadın dəyişdirilməsi haqqında qərar təsdiq edib

Azərbaycanın Baş naziri Artur Rasi-zadə «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə qərar qəbul edib.

Qərarda uzun müddətdir Azərbaycanda polemika mövzusu olan soyad sonluqlarının necə olmasına dair konkret heç nə deyilmir. Yalnız yazılır ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir:

«Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir».

Sənədə görə, uzağı bir ay ərzində soyad sonluğunun dəyişdirilməsi barədə qərar qəbul edilməlidir.

Qərar və ərizə formaları haqqında daha ətraflı BURADA tanış ola bilərsiniz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG