Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:32
“Media forum” saytının baş redaktoru Azər Qaraçənli “Qarabağ silsiləsi” adlı yeni elektron kitabını təqdim edir.

“Qarabağ silsiləsi”nə beş yazı daxildir: “Bomju qurban vermək olarmı?”, “Danışıqlar imkanı tükənə bilərmi?”, “Birdən müharibə başlasa”, “Qurban istəyən problemi qurban vermədən həll eləmək”, “Ürəkdən dinc yol”.

Bu yazılar 2011-ci ilin yanvar-fevral aylarında yazılıb və “Media forum” saytında işıq üzü görüb.

“Qarabağ silsiləsi”ni hər bir şəxs virtual məkanda bu link vasitəsilə öz kompüterinə yükləyə bilər:

“Qarabağ silsiləsi” A.Qaraçənlinin üçüncü elektron kitabıdır. Bu il müəllif “Fikir qovluğu”“Azadlıq kitabı” adlı elektron kitablarını da internet şəbəkəsində yayıb. 2010-cu ildə isə A.Qaraçənlinin “Azadlıq nitqləri” adlı kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG