Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:17

«Xural» qəzetinin birinci səhifəsi boş çıxıb


Mayın 16-da «Xural» qəzeti birinci səhifəsini boş saxlamaqla nəşr olunub.

«Xural»ın baş redaktoru Əvəz Zeynallı AzadlıqRadiosuna bildirib ki, bu, qəzetin əmlakının müsadirə üçün siyahıya alınmasına etirazlardan biridir. Vəziyyətdən asılı olaraq onlar piket, aclıq aksiyası da həyata keçirtməyi planlaşdırırlar.

Mayın 13-də məhkəmə icraçıları «Xural» qəzetinə gələrək redaksiyanın əmlakını siyahıya alıblar.

Siyahıyaalmanı həyata keçirən icra məmurları AzadlıqRadiosuna danışmaqdan imtina ediblər.

Nərimanov rayon Məhkəməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiasına baxaraq «Xural» qəzetini 10 min manat cərimələyib. Proses Ali Məhkəmədə davam etdirilib. Bu qərar fevral ayından qüvvəyə minib.

Ə. Zeynallı cəriməni hissə-hissə ödəmək istədiklərini və bunun üçün məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG