Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:51

Ərəb Liqasının yeni baş katibi seçildi


Misirin xarici işlər naziri Nabil əl-Ərəbi (Nabil Elaraby) Ərəb liqasının yeni baş katibi seçilib. Bir araya gələn ərəb ölkələri xarici işlər nazirləri Misirin keçmiş xarici işlər naziri Əmr Mousanın (Amr Moussa)yerinə yeni baş katib təyin təyin etmək üçün gizli səsvermə keçiriblər.

Əmr Mousa prezident seçkilərind iştirak etmək iddiasını ortaya qoyub.
Nabil Əl-Ərəbi 1935-ci ildə Misirdə anadan olub. O, 1978-1979-cu illərdə İsraillə sülh müqaviləsinin imzalanması ilə nəticələnən danışıqlarda Misir nümayəndə heyətinin üzvü olub. 1981-1993-cü illərdə Misiri Hindistanda, sonralar isə BMT-də səfir kimi təmsil edib.

Ərəb Dövlətləri Liqası 21 ölkəni və Fələstin Azadlıq Təşkilatını birləşdirən beynəlxalq təşkilatdır. Liqa 1945-ci ildə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG