Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:46

İsrail qüvvələri azı 12 adam öldürüb


İsrailin qüvvələri Fələstin, Suriya və Liviya ilə sərhəddə etirazçılara atəş açıb. Məlumatlara görə, azı 12 nəfər ölüb, ondan çox adam yaralanıb. İsrail bildirib ki, Suriyadan minlərlə Fələstin tərəfdarları ilə Qolan yüksəkliyinə daxil olub. Bazar günü İordaniya polisi də yüzlərlə Fələstin tərəfdarının nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İsraillə Fələstin arasında münaqişə İsrail dövlətinin yaranmasından, 1948-ci ildən başlayıb.

Mayın 15-dən Qəzzə bölməsi və İordan çayının qərb sahilində İsrail dövlətinin yaradılmasının 63 illiyinə etiraz olaraq nümayişlər keçirilir.

Fələstinlilər 1948-ci il mayın 14-nü “ Faciə günü “ hesab edirlər.
XS
SM
MD
LG