Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47
Karin Zeitvogel
"Agence France-Presse"


ABŞ-ın turizm şirkətləri bu ölkəyə gəlmək istəyən xaricilər üçün "məşəqqətli" viza sisteminə son qoymağa çağırıb. Onlar hesab edirlər ki, bu sistem turistləri öz pullarını başqa ölkələrdə xərcləməyə vadar edir.

ABŞ Səyahət Assosiasiyası bu ölkəyə turizm axınını artırmaqla bağlı hazırladığı hesabatda bildirib ki, "Amerikaya gəlmək istəyən xaricilərə lüzumsuz maneələr yaradılır və bu da iqtisadi inkişafa problem yaradır”.

Hesabatda deyilir ki, Amerikanın məşəqqətli viza sistemi milyonlarla potensial turisti başqa ölkələrə getməyə vadar edir və beləliklə, böyük pullar onların iqtisadiyyatından kənarda qalır.

Sənaye ixracını genişləndirməyin asan yolu

Aparılan tədqiqata görə, bir xarici ölkə vətəndaşının ABŞ-da xərclədiyi hər bir dollar sənaye ixracına xidmət edir. Tədqiqatçıların fikrincə, səyahət təşkil etmək sənaye ixracatını genişləndirməyin asan yoludur və ölkənin ticarət defisitlərini bağlamağa açardır.

Məlumatda deyilir ki, ölkəyə səfər edən xarici vətəndaşların sayını artırmaqla ABŞ beş il ərzində ixracatın iki dəfə artmasına və 2020-ci ilə qədər 1,3 milyon yeni iş yerinin açılmasına kömək edə bilər.

Tədqiqatçılar məsləhət görür ki, buna nail olmaq üçün yorucu viza sistemindən qaçmaq lazımdır.

ABŞ-a viza almaq 6 ay vaxt aparır. Bu isə Braziliyaya və Çinə viza almaqdan daha uzun müddətdir.

ABŞ Səyahət Assosiasiyanın prezidenti Roger Dow deyir ki, Braziliya və Çin dünyada iqtisadiyyat artımı ilə öndə olan ölkələr sırasındadı: "Niyə bu adamları ABŞ-a gəlməyə vadar etməyək?"

ABŞ viza sistemi həmçinin xarici biznesmenlərə Amerikada gəlir gətirən ticarət sərgilərində və iştirakına əngəl olur.

“Əgər Hindistandan kimsə ABŞ-da nəyisə nümayiş etdirmək istəyirsə, biz bunu çox çətinliklə edirik, özü də baha başa gəlir" - Məişət Elektronikası Assosiasiyanın rəhbəri Gary Shapiro deyib.

Xariciləri ABŞ-a gəlməyə vadar etmək yolu var

ABŞ Ticarət Nazirliyinin Səyahətin və Turizm Sənayelərinin Ofisinin məlumatna görə, 2000-ci ildə ölkəyə 26 milyona qədər xarici gəlib. 2010-cu ildə isə onların sayı 26,3 milyon olub. Cəmi 1 faiz artım var.

Amerika Mehmanxana Assosiasiyası isə bildirir ki, bu 10 il ərzində onların qarşıladıqları xaricilərin sayı 40 faiz artıb.

Səyahət bürolarının rəhbərlərinin hesabatında ölkəyə xarici vətəndaşların gəlməsini asanlaşdırmaq üçün təkliflər də əks olunub. Bu təkliflərə görə, viza verilməsi üçün gözləmə müddəti azaldılmalı və bəzi ölkə vətəndaşlarına vizasız rejim tərbiq edilməlidir. Bu “bəzi ölkələr” siyahısında Braziliyanın, Çinin və Hindistanın adı yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG