Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:04
Şənbə günü Nyu-York hava limanında saxlanmış Beynəlxalq Valyuta Fondunun 62 yaşlı icraçı direktoru Dominik Stross Kana (Dominique Strauss-Kahn) qarşı rəsmi ittiham irəli sürülüb.

O bir gecəsi 3 min dollar olan dağ hotellərindən birində çalışan 32 yaşlı qadını zorlamağa cəhddə ittiham olunur.

Polis Dominique Strauss Kahnın toxunulmazlıq hüququ olmadığını deyir.
Vəkillərdən birinin dediyinə görə,o ittihamı rədd edir.

Strauss Kahn Almaniyanın kansleri Angela Mekelllə görüşmək üçün Avropaya gəlmək istəyərkən saxlanıb.

O Avropa Birliyi ölkələri maliyyə nazirələrinin bazar ertəsi Brüsseldə keçiriləcək görüşünə qatılmalıymış.

Straus Kahn gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkisində Sosialist partiyasından mümkün namizəd hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG