Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Colan yüksəkliklərində toqquşma olub


İsraillə Suriya arasındakı Colan yüksəkliklərində baş vermiş toqquşmada azı 8 nəfər ölüb, Onlarla adam yaralanıb.

İsrail radiosu Suriyadakı fələstin qaçqınlarının 1967-ci ildə İsrailin işğal elədiyi əraziyə soxulduqlarını xəbər verir.

İsrail ordusu hələlik məlumata münasibət bildirməyib.

İsrail ordusunun şənbə günü Qəzzə bölməsinin şimalında. İsrail sərhəddinin yaxınlığında fələstin nümayişçilərinə atəş açdığı və nəticədə 25-dək adamın yaralandığı xəbər verilir.

Mayın 15-dən Qəzzə bölməsi və İordan çayının qərb sahilində İsrail dövlətinin yaradılmasının 63 illiyinə etiraz olaraq nümayişlər keçirilir.

Fələstinlilər 1948-ci il mayın 14-nü “ Faciə günü “ hesab edirlər.
XS
SM
MD
LG