Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03
Mayın 15-də Müsavat Partiyasının Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas polis bölməsinə çağırılıb. AzadlıqRadiosuna hazırda Sumqayıt polis idarəsinin 2-ci polis bölməsində olduğunu deyən Fəxrəddin Abbasın sözlərinə görə, ona heç bir rəsmi çağırış göndərməyiblər, sadəcə, rəisin onunla görüşmək istədiyi bildirilib:

«Bu gün saat 4-də qərargahımızda İctimai Palatanın regional şöbəsinin yaradılması ilə bağlı iclas təyin etmişik. Dünəndən AXCP-nin Sumqayıt şəhər təşkilatının sədri Mahir Qulubəyli və KXCP-nin Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədov polis iradəsinə çağırılıb. Onlara bildirilib ki, İctimai Palata ilə bağlı tədbir keçirmələrinə imkan verməyəcəklər. Mən də dedim ki, biz qapalı məkanda iclas keçiririk və dəfələrlə belə iclas keçirmişik».

Fəxrəddin Abbaslı bildirdi ki, bu dəqiqələrdə Şakir Məmmədovun yenidən 3-cü polis bölməsinə çağırılması ilə bağlı xəbər alıb.

Sumqayıt polis idarəsindən müxalifətçilərin polis bölmələrinə çağırılması ilə bağlı izahat vermədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG