Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17

Belarus beynəlxalq tənqidlərlə üzləşib


Beynəlxalq aləm prezidentliyə keçmiş namizədin həbsinə görə, Belarusun hakim dairələrini tənqid edir.

Minsk məhkəməsi şənbə günü prezidentliyə keçmiş namizədlərdən biri Andrey Sannikaunu 5 il azadlıqdan məhrum edib.

O cəzasını ciddi rejimdə çəkməlidir.

Keçmiş namizəd dekabrın 19-da keçirilmiş prezident seçkisi günü Minskdə hərc-mərclik salmaqda ittiham olunur.

Böyük Britaniya ilə Birləşmiş Ştatlar hökmü ittiham ediblər.

Həmçinin Avropa Birliyi hökmün tamamilə qəbuledilməz olduğunu bəyan edib.

Həmçinin həmin hadisələrdə iştiraka görə, bazar ertəsi Sannikaunun həyat yoldaşı, jurnalist İrina Xalip barəsində hökm çıxarılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG