Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:35

3 müsavatçı gənc saxlanıb


Mayın 14-də Müsavat Gənclər Təşkilatının bir qrup üzvü «Siyasi məhbuslara azadlıq!» şüarı altında flaşmob keçirib.

Aksiya metronun «Azadlıq prospekti» stansiyası yaxınlığında təşkil olunub.

Polis tədbiri dağıdıb, 3 nəfəri saxlayaraq Binəqədi rayon Polis İdarəsinə aparıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib.

Saxlananlar Əhliman Abbasov, Ayxan Hacıbəyli, Tural Hacıbəylidir.

Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, bir neçə şəxs metronun üstündə aksiya keçirməyə cəhd edib, amma polis tərəfindən qarşısı alınıb:

«Onların əllərində müxtəlif şüarlar olub, diqqəti cəlb etmək istəyiblər».

Saxlanan 3 nəfərdən izahat alınıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG