Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:51

AXCP üzvünə qarşı ehtimal olunan işgəncə araşdırılır


İctimai Palatanın aprelin 17-də Bakıda keçirdiyi aksiya zamanı tutulduqdan sonra işgəncəyə məruz qaldığını deyən Sahib Rüstəmlinin şikayəti üzrə araşdırma başlayıb.

Mayın 14-də AXCP-nin Sabirabad rayon Təşkilatının üzvü olan S. Rüstəmli Nəsimi rayon Prokurorluğuna çağırılaraq dindirilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Əshabəli Mustafayev məlumat verib:

«Dedilər ki, işgəncə verilməsində adları hallanan adamlar çağırılaraq dindiriləcək. Hesab edirik ki, bu, həmin insanlara, məmurlara dərs olar ki, saxlananlarla belə qeyri-insani rəftar etmək olmaz».

S. Rüstəmli aprelin 17-si tutularaq 5 sutka azadlıqdan məhrum edilib. Özünün və vəkilinin dediyinə görə, Nəsimi rayon Polis İdarəsində rəis müavini Süleyman Nemətov onu döyərək qabırğasını sındırıb. O, Travmatologiya İnstitutunda müayinədən keçirib və qabırğasının sındığı təsdiqlənib. Lakin Binəqədidəki müvəqqəti saxlanma təcridxanasında olarkən Daxili İşlər Nazirliyinin hospitalında ekspertizadan keçirilib, sınıq olmadığı bildirilib.

Vəkil ehtiyatlanır ki, ikinci arayış əsas gətirilərək S. Rüstəmliyə qarşı işgəncə faktı lazımınca araşdırılmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG