Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

NATO Pakistanı Qərblə birliyi saxlamağa çağırıb


NATO Pakistanı talibançılarla mübarizədə Qərblə birliyi saxlamağa çağırıb.

Bu barədə təşkilatın baş katibi Anders Fogh Rasmussenin Pakistan prezidenti Asif Ali Zardariyə göndərdiyi məktubda bildirilir.

Pakistan parlamenti bundan əvvəl Birləşmiş Ştatlardan ölkə ərazisində pilotsuz təyyarələrin iştirakı ilə keçirilən əməliyyatların dayandırılmasını tələb edib və xəbərdarlıq edib ki, əks halda Əfqanıstandakı NATO qüvvələrinin Pakistan ərazisindən təhcizatı dayandırılacaq.

Deputatlar həmçinin Osama bin Ladenin zərərsizləşdirilməsilə bağlı aparılmış əməliyyatı araşdırmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG