Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:29

Suriyanın şəhərlərinə ordu yeridilib


Suriyanın şərqindəki Tall Kalax şəhərinə ordu hissələri yeridilib.

Müxalifət fəalları şəhərdən atışma səsləri eşidildiyini deyirlər.

Həmçinin cümə günü İbta şəhərində prezident Bashar əl Assadın istefası tələbilə nümayiş davam edib.

Aksiyaçılar dünənki nümayişlərdə azı 8 aksiyaçının öldürüldüyünü deyirlər.

Ölkənin informasiya naziri Adnan Mahmud bu arada bəyan edib ki, hökumət siyasi, iqtisadi və sosial islahatlar proqramı üzərində işləyir.

Hüquq müdafiəçiləri martın ortalarından bu yana Suriyada 850-dək aksiyaçının öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG