Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:52

Pakistan parlamenti ABŞ-ı ittiham edib


Pakistan parlamenti ABŞ-ın mayın 1-də Abadabadda apardığı xüsusi əməliyyatı ittiham edib.

Qeyd edək ki, bu əməliyyat nəticəsində əl Qaidənin lideri Osama bin Laden öldürülüb.

Deputatlar gələcəkdə bu cür hallardan qaçmaq üçün müstəqil istintaq aparılmasını tələb ediblər.

Əməliyyatın özü isə Pakistanın suverenliyinin pozulması kimi qiymətləndirilib.
İclasın sonunda qəbul edilmiş qətnamədə ABŞ hökumətindən pilotsuz təyyarələrin iştirakıyla keçirilən əməliyyatların dayandırılması tələb olunur və qeyd edilir ki, əks halda Pakistan Əfqanıstandakı NATO qüvvələrinin öz ərazisindən təhcizatını dayandıracaq.

Bu ərəfədə Pakistanın şimal-şərqində törədilmiş iki partlayış nəticəsində 80 nəfər ölüb, 120 nəfərsə yaralanıb.

Hücumlara görə cavabdehliyi taliban üzərinə götürüb.
XS
SM
MD
LG