Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:51

YAP Avropa Parlamentinin qətnaməsindəki Azərbaycana dair iradları rədd edir


Avropa Parlamentinin mayın 12-də qəbul etdiyi qətnamədə Azərbaycanda söz və mətbuat azadlığı, həmçinin sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı fikirlər qətiyyən obyektiv vəziyyəti əks etdirmir. Sənədə daxil edilən siyasi məhbus və siyasi baxışlarına görə insanların həbs olunması müddəası da qeyri obyektiv və araşdırma aparılmadan hazırlanıb.

Mayın 13-də YAP-ın internet saytında yerləşdirilən açıqlamada belə deyilir:

«Avropa Parlamentində heç bir araşdırmaya və ciddi əsaslara söykənməyən qətnamənin qəbul edilməsi qurumun ikili standartlar mövqeyinə istinad etdiyindən, Avropa İttifaqı ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanlarını ötəri maraqlara qurban vermək istəyindən xəbər verir. Belə bir qərəzli və qeyri – obyektiv qətnamənin qəbul edilməsi Avropa Parlamentinin prezidentinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi xüsusilə düşündürücüdür».

YAP Avropa Parlamentinin Azərbaycanda real vəziyyəti kobud şəkildə təhrif edən iradlarını qətiyyətlə rədd edir və qurumun həqiqəti olduğu kimi əks etdirmək üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirir.
XS
SM
MD
LG