Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:56

Vüsal Nurunun psixoloji-fantastik romanı çap edildi


“Qanun” nəşriyyatı yazıçı Vüsal Nurunun "Eybəcərlər adası" adlı psixoloji-fantastik romanını çap edib.

Nəşriyyat bildirir ki, "qotik elementlərlə yazılmış bu kitabda sizi sevinc, kədər, qəhqəhə, hönkürtü, sevgi, ehtiras, nifrət, qan donduran qorxu, heyrət, qətl, meyitlər, ruhlar və. s gözləyir. Əmin olun ki, “Eybəcərlər adası”nda sizin də bir obrazınız var...

Bakının arxa küçələrində baş verən inanılmaz həqiqətlər! Bomjların arasında qibtə ediləcək şəxsiyyətli kişilər! Onlar əvvəllər kim olublar? Quduzluq virusuna tutulmuş bomjun - Bəxtiyarın dəlicəsinə sevgisi. Morqlarda mal cəmdəyi kimi doğranaraq daxili orqanları çıxardılan yiyəsiz adamların meyitləri harada basdırılır? Azad olmayan ruhlar kimlərindi? Əsil qatil bəlkə də valideynimiz, ya da qohumumuzdu...

Məlumatda o da qeyd edilir ki, kitabı "ürəyi zəif olmayanların və 17 yaşından yuxarı oxucuların oxuması məsləhətdir!"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG