Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:58

Qərb bölgəsindəki sahibkarlara 600 min manat güzəştli kredit verilib


Bu kreditlər hesabına regionda 90-a yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.

Gəncədə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Tədbirdə 200-ə yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş «Neon» firmasının tutumu 10 min ton olan taxıl anbarı kompleksinin fəaliyyətinə və gündəlik istehsal gücü 30 ton olan çörək zavodunda aparılan tikinti işlərinə baxış keçirilib.

Tədbirdə həmçinin Gəncənin iqtisadi potensialına uyğun olaraq qənnadı məmulatlarının istehsalı, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması və süd emalı, ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatının yaradılması və konserv məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

XS
SM
MD
LG