Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:56

ATƏT PA sədri YAP-ın məktubu barədə


«ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu ermənilərin Dağlıq Qarabağa köçürülməsi məsələsi ilə bağlı narahatlığını bildirib».

Bunu Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov mayın 13-də jurnalistlərə açıqlamasında bildirib.

Əli Əhmədov deyib ki, onlar bir gün əvvəl bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının yaydığı məktubu ATƏT Parlament Assambleyası sədrinin diqqətinə çatdırıblar. O da bu məsələ ilə əlaqədar öz şifahi narahatlığını ifadə edib.

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri mayın 13-də ölkədə fəaliyyət göstərən siyasi partiya təmsilçiləri ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, eyni zamanda Azərbaycanda demokratiya sahəsində vəziyyət müzakirə olunub.

Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, onlar görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk qrupunun xeyli müddətdir çalışmasına baxmayaraq səmərəli fəaliyyət göstərmədiyini bildiriblər. Digər partiyalar da bu məsələ ilə bağlı ATƏT Parlament Assambleyasının sədrinə öz fikirlərini çatdırıblar.

XS
SM
MD
LG