Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

“Xural” qəzetinin əmlakı siyahıya alınır


Mayın 13-də Nərimanov rayon icra şöbəsinin icra məmurları “Xural” qəzetinə gələrək redaksiyanın əmlakını siyahıya almağa başlayıblar. Bu barədə AzadlıqRadiosuna qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Bu ilin əvvəlində Nərimanov rayon məhkəməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiasına baxaraq “Xural” qəzetini 10 min manat cərimələyib. Proses Ali Məhkəmədə davam etdirilib. Bu qərar fevral ayından qüvvəyə minib.

“Biz məhkəməyə müraciət etməyə hazırlaşırıq ki, cəriməni hissə-hissə ödəyək. Qərar bizə iki gün əvvəl daxil olub. Məhkəməyə müraciət üçün bizim 10 gün vaxtımız var. Buna baxmayaraq bu gün qəfildən icra məmurları redaksiyaya gələrək əmlakı siyahıya almağa başlayıblar”.

Redaksiyada əmlakın siyahıya alınmasını həyata keçirən icra məmurları isə AzadlıqRadiosuna danışmaqdan imtina ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG