Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:28

İpoteka şərtləri, hakimiyyətin gənclərlə «düşmənçiliyi» və...


Mətbuat icmalı

Mətbuat icmalı

İPOTEKA KREDİTLƏRİNİN ŞƏRTLƏRİ YUMŞALDILACAQ

«Yeni Azərbaycan» qəzeti ipoteka kreditlərinin şərtlərinin dəyişdiriləcəyini bildirir. Qəzet yazır ki, ipoteka kreditlərinin yeni şərtləri üzərində müvafiq qurumlar iş aparır.

«Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov yeni qaydalar qüvvəyə minəndən sonra ilkin ödəniş məbləğinin azaldılacağını, faiz dərəcələrinin aşağı salınacağını istisna etmir. Faizlərin dövlət tərəfindən subsidiyalaşdırılması məsələsi də nəzərdən keçirilir».

Qəzet yazır ki, kreditlərin müddəti, sığorta faizləri, girov amili, tələb olunan aylıq ödənişlərin həcminin də yumşaldılması nəzərdə tutulur.

YENİ QAYDALAR ƏVVƏL KREDİT ALANLARA ŞAMİL EDİLƏCƏKMİ?


«Bizim yol» qəzeti isə ipoteka kreditlərinin verilməsi şərtlərindəki bu yumşalmadan indiyədək kredit alanların faydalana bilib bilməyəcəkləri maraqlanır. Yəni, bu yeniliklər onların da aldığı kreditlərə şamil ediləcəkmi?

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, qanunun geriyə qüvvəsi yoxdur.

Bununla belə, ekspert MB-nın ipoteka şərtlərində ciddi dəyişikliklər edəcəyinə də inanmır.

HAKİMİYYƏT GƏNCLƏRLƏ DÜŞMƏNÇİLİK EDİR


«Azadlıq» qəzeti hakimiyyətin fəal gənclərlə düşmənçilik etdiyini yazır. Qəzet bu iddianı 2 aprel mitinqi ilə əlaqədar AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidlinin mayın 11-də 48 saatlıq həbs edilməsi ilə əsaslandırır.

AXCP Gənclər Komitəsi bu həbsi hakimiyyətin növbəti özbaşınalığı kimi dəyərləndirir:

«Elnur Məcidlidən əvvəl Cabbar Savalanlı, Əhəd Məmmədli, Tural Abbaslı, Bəxtiyar Hacıyev. Rüfət Hacıbəylini
İlham Əliyev
həbs etməklə Əliyev rejimi gənclərə və cəmiyyətin fəal hissəsinə öz nifrətini göstərmiş oldu».

İLHAM ƏLİYEV: «ÇALIŞACAM Kİ, BUNDAN SONRA DA DOĞMA XALQIMA XİDMƏT EDİM»


«Azərbaycan» qəzeti
xəbər verir ki, prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə tanışlıq üçün Mərdəkanda olub.

Dövlət başçısı mərdəkanlıların qaldırdıqları məsələlərin həll ediləcəyini bildirib:

«Çalışacam ki, bundan sonra da doğma xalqıma xidmət edim. Biz ölkə qarşısında dayanan bütün vəzifələri həll etməliyik».

OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİ TƏZƏDƏN ÇƏKİLMƏLİDİR


«Yeni Müsavat» qəzeti
respublika əhəmiyyətli layihələrin necə həyata keçirildiyinə diqqəti yönəldir.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Oğuz-Qəbələ-Bakı su kəmərinin beş-altı aylığa təmirə bağlanması barədə xəbərlərə münasibət bildirərkən deyib ki, «Boru açılmayıb ki, bağlansın. O borudan heç su gedir ki? Sadəcə, açılışını edib prezidenti aldadıblar. Boru yenidən çəkilməlidir».

M. Qəhrəmanlının fikrincə, boruda çox problemlər, hətta yenidən sızmalar olacaq. Bəzi yerlərdə borular dəyişilməlidir:

«Kəmərin ümumilikdə təzədən çəkilişinə ehtiyac var. Kəmərin çəkiliş yeri də, marşrut da düzgün seçilməyib. Kəmərin ətraf mühitə təsirini qiymətləndirmə sənədi hazırlanmadan layihəyə başlanıb, ekspertiza olunmadığından bu boyda problemlər yaranıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG