Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:58

Çində bankda baş verən partlayışda 39 nəfər yaralanıb


Çinin Qansu əyalətindəki kənd təsərrüfatı bankına əl qumbarası atılıb. Partlayış nəticəsində 39 nəfər xəsarət alıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

Xəbəri “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən yayıb.

Xəbərdə banka əl qumbarası atan şəxsin bir müddət əvvəl işdən çıxardılmış bank işçilərindən biri olduğu bildirilir. Hazırda həmin şəxs axtarılır.
XS
SM
MD
LG