Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:59

Pakistanda iki partlayış olub, 69 nəfər ölüb


Pakistanın Charsadda şəhərində baş verən iki partlayış nəticəsində 69 adam həlak olub. Onlarla adam yaralanıb.

Polisin verdiyi məlumata görə, partlayışı intiharçılar törədib. Partlayış hökumət qoşunlarının təlim məşq mərkəzində baş verib. Ölənlərin çoxu hərbi hazırlıq keçən çağırışçılardır.

Partlayışa görə məsuliyyəti Pakistandakı talibançılar üstlərinə götürüb. Bildiriblər ki, bu, Osama bin Ladenin öldürülməsinə cavabdır.
XS
SM
MD
LG