Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:42

Bəxtiyar Hacıyevə mayın 17-də hökm oxuna bilər


Bəxtiyar Hacıyev məhkəmədə 19 aprel 2011

Bəxtiyar Hacıyev məhkəmədə 19 aprel 2011

Gənc fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevə mayın 17-də hökm oxuna bilər. Bu barədə onun vəkillərinə Gəncə şəhər Nizami rayon məhkəməsindən məlumat verilib.

Mayin 10-da keçirilən məhkəmə iclasında Bəxtiyar Hacıyev və vəkilləri baş verən hüquq pozuntularına, bütün vəsatətlərin əsassız olaraq rədd edilməsinə etiraz olaraq
çıxışdan imtina edərək hökmün oxunmasını tələb etmişdilər.

Bundan sonra məhkəmə hökmün mayın 11-də oxunacağını bildirsə proses həmin gün də təxirə salınmışdı.

Bəxtiyar Hacıyev hazırda Gəncə şəhər 2 saylı istentaq təcridxanasında saxlanır. Prokuror onun iki il müddətinə azadlıqdan məıhrum olunmasını tələb edir.
Bəxtiyar Hacıyev qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Amma özü və vəkilləri əslində onun əslində internetdə müxalifət mövqeli fəaliyyətinə görə təqiblərə məruz qaldığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG