Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08
Səhləb,
sən torpaqsız yaşaya bilirsən
mənsiz yox...
deyək ki, həm mənsiz
həm susuz ola bilmirsən
bax buna bənzər ona olan tutqum
qəlbim xeyirxah olmalı, səhləb
evdə şəkərim bol olmalı
zaman məni bulmalı
suyunu dəyişməyə
güldanına şəkər salmağa
tez-tez
səhləb,
o da məni güldanına qoymuş
mən də sənin kimi gedə bilmirəm heç yana
həm bağımsızam
həm kölə
mənim azadlığım səninkinə bənzər
güldanıma girəndən
artmısan xeyli
mənsə azalıram,
azalıram,
səhləb
üstəlik şəkərim yox nə zamandır
suyum bulanıq
bax ha
qəfil başım qarışar
quruyarsan
özümü bağışlamaram
dözümlü ol, səhləb
dözməlisın ki yaşayasan.


***


12 ballıq zəlzələlərə dözümlü
evlər tikib verin bizə...
şəhərimizin üstündə
bir düyməylə açılıb bağlanan
çətirimiz olsun ki,
qəfil yağmurlara tutulmayaq
həm də güllələrə davam gətirsin
çətirimiz
qalxan kimi başımızı qorusun
düşmən təyyarələrindən
axan çaylarımız qurumasın
qızlarımız qarımasın
göz yaşlarımız qurusun
məndillərimizi sıxanda
xırda həşəratlar boğulmasın
ayağımız altında göllənən
göz yaşlarımızda
əkdiyimiz zəmiləri
sünbülqıranlar daşımasın
bizi tez-tez Allahın
yadına salın
kişilərimiz hər gecə
evlərimizə diri və ayıq
qayıtsın
bizə əbədi sülh verin
qarı düşməni bağışlarıq
əllərimiz dibindın qopub
düşənəcən
ürəyinizcə alqışlarıq
çox şey istəmirik
əbədi hökmüranlığınızın
əvəzində
biz analar
bacılar
sevgililər...

Günün bütün mövzuları

XS
SM
MD
LG