Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

Ömrün payız əllisində


Sevinc ARZULU

KÖNÜL OĞRUMU


Indi mən neynəyim, sənsiz gecələr
Ovuda bilməyir könül ağrımı.
Rahatsız eyləyər “neyçün”,”necə”lər
Həsrətin qaraldıb yaman bağrımı.

Vüsal hicrin evin gərək sökə tək,
Gözünün yaşını sel tək tökə tək.
Xəyanət sevginə qara ləkə tək,
Aldadıb ağlatmaq səncə doğrumu.

Eh, başqa çarəm yox dözümdən başqa,
Ümidim qalmayıb közümdən başqa.
Ay mənim əzizim, ozümdən başqa,
Kim tapa bilər ki könül oğrumu.


KIM GÖRÜBDÜR, KIM


Itirdim könlümün söz qaşlarını,
Soyuda bilmirəm köz daşlarını.
Mənim dalğa-dalğa göz yaşlarını,
Qırılıb tökülən sim görübdür, sim.

Insanı yaşadan ümidlərmidir?
Soyuq buza dönən ümidlərimdir.
Gizlin dəfn etdiyim ümidlərimi
Qəm evi altında him görübdür, him.

Dünyanı harayla zənglər təbiət,
Insanı yarayla cənglər təbiət.
Günahı qarayla rənglər təbiət,
Gümanın rəngini kim görübdür, kim.


PAYIZ ƏLLİSİNDƏ

Əl-üzümü şehlə yudum,
Hava aldım bircə udum.
Tor atdım ki balıq tutum,
Dəli Kürün əyrisində.

Qəlbdə ocaq qalayacaq.
Alov kimi yalayacaq.
Sonda mütləq dalayacaq,
Xarı görcək əyri sin də.

Xatirənlə yaşıyıram,
Kədər yükü daşıyıram.
Bilsən necə üşüyürəm,
Ömrün payız əllisində.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG