Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

Avropa Parlamenti Azərbaycanı tənqid edən qətnamə qəbul edib


Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edən qətnamə qəbul edib.

Bu barədə təşkilatın yaydığı press-relizdə bildirilir.

Sənəddə xüsusilə gənc fəallar Cabbar Savalan və Bəxtiyar Hacıyevin hökumət əleyhinə etirazlara çağırdıqlarına görə, narkotik və ordudan yayınma ittihamıyla həbsi ittiham olunur, ölkədə insan haqları sahəsində vəziyyətin pisləşməsi tənqid olunur.

Bundan başqa Azərbaycan hakimiyyətinin jurnalistlər və siyasi fəallara qarşı hədə-qorxu və təqibləri artırması ittiham olunur.

Avropa Parlamentinin deputatları gənc fəallar Cabbar Savalan, Bəxtiyar Hacıyev və hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevi azad etməyə çağırırlar.

Onlar həmçinin Azərbaycan hakimiyyətini qanunsuz ittihamlardan imtina etməyə və ölkədə jurnalistlərin müdafiəsinə təminat verməyə çağırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG