Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

Jurnalistlər Sədərəkdə hədələndiklərini deyirlər


Reportiyorların Azadlığa və Təhlükəsizliyi İnstitutunun (RATİ) Sədərək rayonunda olan iki əməkdaşı rayon icra hakimiyyəti başçısı tərəfindən hədələndiklərini iddia edirlər.

Həmin jurnalistlərdən biri Həkimeldostu Mehdiyev AzadlıqRadiosuna deyib ki, o və həmkarı Elman Abbasov sakinlərin müraciətindən sonra rayonun Ermənistanla həmsərhəd kəndi olan Sədərəkə yollanıblar.

Adamlar onlara atəşkəsin pozulmasından, sosial problemlər və s. üzləşdikləri çətinliklərdən danışıblar:

“Biz adamlarla söhbət edən zaman mənim mobil telefonuma icra başçısı Abbasqulu Abbasov zəng edib bizi hədələdi ki, indi ora polis göndərirəm və sizə kim icazə verib ki, Sədərəyə girmisiz.”

Rayon icra hakimiyyətinin başçısı Abbasqulu Abbasov jurnalistlərin hədələnməsi ilə bağlı məlumatların yalan olduğunu bildirdi. Jurnalistlərin Sədərəkdə olmasından xəbərdar olduğunu bildirən icra başçısı heç onlara zəng etmədiyini deyir:

“Mən onların telefonlarınının nömrəsini hardan bilirəm ki, onlara da zəng edib hədələyəm”.

Amma bununla yanaşı icra başçısı deyir ki, Sədərək sərhəd bölgəsi olduğu üçün reportaj hazırlamaq istəyən jurnalistlər bu barədə icra hakimiyyətinə məlumat verməli idilər:

“Biz də onlara adam qoşardıq, hərtərəfli kömək edərdik. Bizim xəbərimiz yoxdur onlar nə barədə reportaj hazırlayırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG