Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

Sədərək sakinləri atəşkəsin pozulduğunu bildirirlər


Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan AzadlıqRadiosuna müraciət edən eyni adlı kəndin sakinləri son günlər Ermənistan tərəfdən atəşkəşin tez-tez pozulmasından narahatlıqlarını bildirirlər. Kənd sakini Şəfiqə Köçərlinin dediyinə görə, mayın 12-si səhər saat 6:30 radələrində müxtəlif silahlardan kənd atəşə tutulub:

“Üç dəfə toplardan atəş açılıb, mərmi düşüb qonşumuzun həyətinə amma partlamayıb. İndi kəndin bir qrup adamı yığılıb bir həyətə bizi eşidən, problemlərimizə baxan yoxdur. Erməni əsgərlərinin dayandığı yerdən bəlkə də bizim aramızda 1 km məsafə yoxdur. Onlar dağın başında biz də aşağıda”.

Kəndin 80 yaşlı sakini Fatma Əliyevə deyir ki, təxminən 10 günə yaxındır ki, atəşkəs pozulur: “Dərdimizi hara deyək, biz nə edək”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Azadlıqradiosuna deyib ki, onlarda Naxçıvanda atəşkəsin pozulması barədə məlumat yoxdur. Əgər belə bir hal baş versəydi nazirlik atəşkəsin pozulması barədə yaydığı məlumatlarda bunu da qeyd edərdi.

Hazırda Sədərək rayonunda həmin ərazidə olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşları atəşkəsin pozulması ilə bağlı məlumatın doğru olduğunu bildirirlər. Jurnalistlər evlərin divarlarına, dam örtüklərnə dəyən güllə və top mərmisinin düşdüyü yerləri çəkdiklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG