Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:13
Qırğızıstan Gənclər Nazirliyi mayın 7-də 20 cütlüyə böyük bir toy mərasimi keçirib. Nazirliyin sözçüsü Liliya Kalykova AzadlıqRadiosunun qırğız redaksiyasına danışıb ki, bu toy mərasimi «Ailə - cəmiyyətin nüvəsidir» – xüsusi proqramının bir hissəsidir.

Liliya Kalykovanın sözlərinə görə, onlar evlənmək istəyən, amma buna maddi imkanı çatmayan 20 cütlüyə toy ediblər.

Mərasim Bişkekin Dasmiya restoranında keçirilib. Mərasimdən bir müddət əvvəl Kalykova AzadlıqRadiosuan demişdi ki, əgər bu təşəbbüs uğurlu alınsa, hər il keçirilə bilər.

«HƏLƏ DƏ NƏ BAŞ VERDİYİNİ DƏRK ETMİRƏM»

- Sən Akylbek Bekbolot oğlu, Damira Karybek qızını özünə arvad kimi qəbul edirsən?
- Əlbəttə.
- Hər kəs sənin cavabını eşitdi. Allah da sənin cavabına şahidlik etdi. Siz bu gündən artıq bir ailəsiz. Mən sizə xöşbəxt həyat arzulayıram.

Bu cütlük kütləvi toy mərasimində evlənənlərdən biridir. Onunla elə nikahdan dərhal sonra danışırıq.

Cütlükdən biri, bəy AzadlıqRadiosuan danışır ki, sevinc hisslərindən hələ də harda olduğunu, nə baş verdiyini dərk edə bilmir:

- Mən hələ də inana bilmirəm ki, burda iştirakçıyıq. Necə xoşbəxt olduğumu izah edə bilmirəm. Ola bilsin, bunu tədbirdən sonra dərk eləyim.

«İNTERNETDƏN XƏBƏR TUTUDUQ Kİ...»


Gəlin isə deyir ki, onlar hökumətin təklifi barədə internetdən xəbər tuitublar.

- İnternetdən öyrəndik və təşkilata məktub yazdıq ki, burda iştirak etmək istəyirik. Toyda onlar hər birimiz üçün ödəniş etdilər. Hər kəsəüçün paltar veriblər və restoranın kirayəsini ödəyiblər. Hər cütlüyün 20 dostunu dəvət etmək imkanı vardı.

Yeni evlənənlərin atası isə deyir ki, o, hökumətin belə bir təşəbbüsündən çox məmnundur:

- Bu gənc cütlüklərin evlənməsinə kömək etdiyi üçün təşkilatçılara minnətdaram.

TOY XƏRCİNƏ GÖRƏ BANKDAN KREDİT GÖTÜRÜRLƏR

Qırğızıstan toyları bahalıdır. Mərasim xərclərindən başqa, gəlinin ailəsi ona cehiz verir. Oğlanın qohumları qız evinə başlıq təklif edir. Hər iki tərəf bir-birinə hədiyyələr verir. Bu səbəblərdən bəzi cütlüklərin toyu ləngiyir. Bəziləri borca girir. Toy xərclərini çıxarmaq üçün bankdan kredit götürənlər də var.

Hökumətdən belə bir təşəbbüs ortaya çıxanda yerli iş adamları və QHT-lər 20 cütlüyün toy mərasiminə sponsorluq etmək istəyiblər.

«DÖVLƏT BÜDCƏSİNDƏN BİR QƏPİK DƏ XƏRCLƏMƏMİŞİK»

Qırğızıstan Gənclər naziri Aliyasbek Alymkulov deyir ki, onlar qırğız qanunlarına və şəriətə görə evlənmək istəyən gənclərin çox olduğunu, amma onların maddi imkanlarının buna çatmadığını görüblər:

- Seçdiyimiz gənclərin sosial statusuna, bir də onların belə bir köməyə nə qədər ehtiyacları olduğuna baxdıq.

«Bu proqramı davam etdirməyi planlaşdırırsızmı, bir də belə kütləvi toy olacaqmı» sualının cavabında Aliyasbek Alymkulov belə cavab verib:

- Gəlin hələlik əvvəlcə ictimai reaksiyalara baxaq. Əgər burda böyük ictimai dəstək olsa, biz bunu davam etdirəcəyik. Fikirləşirəm ki, paytaxt əvəzinə regionlarda belə toy mərasimləri təşkil etmək olar. Həm də xərc daha az olar.

Aliyasbek Alymkulov deyib ki, bu mərasimə 21 min dollardan çox vəsait xərclənib. Onun sözlərinə görə, hələ də xərcləyirlər və bu, son qiymət deyil. Nazir əlavə edib ki, onlar dövlət büdcəsindən bir qəpik də xərcləməyiblər.

Ən azı qonaqlar və yeni evlənənlər arasında bu təşəbbüsə böyük dəstək var.

Şərhləri göstər

XS
SM
MD
LG