Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

Vatikanda Azərbaycana aid tarixi sənədlər aşkarlanıb


Vatikan Məxfi Arxivlərində Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub.

Bu barədə mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli məlumat verib.

Həmin sənədlər arasında Qafqaz Albaniyasına aid italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol və s. dillərdə 4 sənəd, orta əsr Azərbaycan hökmdarlarının (İlxani, Səfəvi, Qaramanlı, Əfşar, Qacar və s.) Roma Papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar var.

Vatikan Apostolik Kitabxanasında orta əsr Azərbaycan müəlliflərinə məxsus Azərbaycan (türk), fars, ərəb dillərində 60 qədim əlyazma da aşkar edilib.

Vatikan Məxfi Arxivlərində sənəd və kitablar 85 km uzunluğu olan rəflərdə və 330 fondda cəmləşib. Həmin sənədlərin əksəriyyəti 800 illik bir dövrü əhatə edir (1198 ildən indiyədək), amma bəzi sənədlər X və XI əsrlərə və daha qədim dövrlərə aiddir. Arxivdə Papanın dəftərxanasına aid VIII əsr kitab və sənədlər saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG