Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58
Mayın 11-i Çeçenistan paytaxtı Qroznıdakı Akhmad Kadyrov adına yeni stadionun təntənəli açlışı keçirilib. Stadionun açılış mərasimiylə bağlı Çeçenistan prezidenti Ramzan Kadyrovun kapitanı olduğu «Kavkaz» komandası, dünya ulduzlarından ibarət yığmanı 5: 2 hesabı ilə məğlub edib.

OYUN PLANLAŞDIRILDIĞINDAN 3 SAAT GEC BAŞLAYIB


Futbola azarkeşlik etmək üçün üzərində Ramzan Kadyrovun şəkilləri olan minlərlə gəncin stadiona gətirildiyi deyilir. Oyun başlamamışdan öncə stadionda konsert keçirilib. Yerli və xarici müğənnilər rus, ingilis və çeçen dillərində mahnılar oxuyublar.

Diego Maradonanın kapitanı olduğu Dünya yığmasında Luis Figo, McManaman, Ivan Zamorano, Fabienne Bartez, Franko Barezi, Alessandro Costacurta, Reberto Ayala, Jean-Pierre Papin kimi keçmiş futbol ulduzları meydana çıxıblar.

Oyunda ilk qolu 13-cü dəqiqədə qonaqlar vurub. İvan Zamorano fərqlənib.

ULDUZLARIN SÖNMƏSİ

Beş dəqiqə sonra «Kavkaz» qapısından ikinci topu buraxıb. Qolun müəllifi Dieqo Maradona olub. Bundan sonra «ulduzlar» necə deyərlər sönməyə başlayıblar.

Qapısından buraxılan 2 qola «Kavkaz» beş topla cavab verib. Anzor İsmayılov, Timur Cəbrailov, Andrey Fedkov hərəyə bir qol vurublar. Zaur Sadaev isə iki dəfə fərqlənib.


Günün bütün mövzuları

XS
SM
MD
LG