Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:34

«Babil Qülləsi»ndə Azərbaycan kitabları


«Babil Qülləsi»
Heykəltəraş və rəssam Marta Minuxinin (Marta Minujín) Buenos-Ayresdəki «San Martin» meydanında kitablardan qurduğu simvolik «Babil Qülləsi»ndə Azərbaycan kitablarından da istifadə olunub.

Həmin qüllənin tikintisi üçün müxtəlif dillərdə 30 min kitabdan istifadə olunub.

Buenos-Ayres şəhəri UNESCO tərəfindən 2011-ci il Dünya Kitab Paytaxtı elan edilib. Bu münasibətlə Buenos-Ayres meriyasının keçirdiyi aksiyada Azərbaycanın Argentinadakı səfirliyi də yaxından iştirak edib.

Qüllənin tikilməsinin fəlsəfəsi bəşəriyyətin problemlərdən xilasının kitab, mütaliə və maariflənməkdə olması ideyasını təşviq etməkdir.

Simvolik «Babil Qülləsi» bir ay müddətində ziyarətçilər üçün açıq olacaq. Sonra qüllənin tikintisində istifadə olunmuş kitablar əsasında Argentinanın ilk çoxdilli kitabxanası yaradılacaq. /APA/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG