Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:47

ATƏT ekspertinin Bakıya buraxılmaması, radikalların «dınqıldayan boş vedrəsi» və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzeti yazır ki, «ATƏT-İN QONAĞINI BAKIYA BURAXMAYIBLAR».

Qəzet yazır ki, bunu mayın 11-də «Diffomasiya haqqında» qanun layihəsinin müzakirəsi zamanı ATƏT səfiri Ə. B. Cankorel deyib.

Müzakirələrə qatılmaq üçün dəvət olunan beynəlxalq ekspertə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi viza verməyib.

«Biz hələ də anlaya bilmirik ki, Azərbaycanın Londondakı səfirliyi niyə viza verməyib», - deyə səfir bildirib.

«Yeni Müsavat» qəzeti «PREZİDENT ADMİNİSTRASİYASINDA REAL MÜXALİFƏTLƏ BAĞLI FİKİR AYRILIĞI»nın olmasından yazır.

Qəzet yazır ki, Prezident Administrasiyasında «Siyasi partiyalar haqqında» qanun layihəsi müzakirə olunur. Yaxın vaxtlarda qanun layihəsi Milli Məclisə təqdim olunacaq:

«Hakimiyyətdəki mühafizəkar qanad real müxalifət partiyalarının yenidən qeydiyyat tələbinin qanuna daxil edilməsinə çalışır. Həmin qanad aparıcı real müxalifət partiyalarının maliyyələşmədən məhrum olması üçün də qanuna ancaq parlamentdə təmsil olunan partiyaların maliyyələşməsini daxil etməkdə israrlıdırlar...».

Qəzet yazır ki, mühafizəkar qanad öz mövqeyini qəbul etdirmək üzrə imiş. Ancaq «ötən həftə ATƏT-in Bakı ofisinin rəhbəri Ə. B. Cankorelin parlamentdən kənarda qalan partiyaların maliyyələşmədən də kənarda saxlanmasına qarşı çıxması vəziyyəti bir qədər dəyişib».

«Yeni Azərbaycan» qəzetindəki «RADİKALLARIN «DINQILDAYAN BOŞ VEDRƏSİ»» başlıqlı yazıda 1992-93-cü illər AXC-Müsavat hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs olunur.

Qəzet yazır ki, AXC-Müsavat hakimiyyəti dövründə səhər tezdən kim erkən yuxudan qalxırdısa, ölkədə hakimi-mütləq o olurdu. Qəzet o vaxt hakimiyyətdə olanların hələ də dəyişmədiyini yazır:

«Siyasi təfəkkürdə, siyasi davranış qaydalarının mənimsənilməsində hələ də özünü 1990-cı illərdə hiss edən radikal müxalifət öz danışıq tonu ilə özünü gülünc vəziyyətə salır. Təsəvvür edin ki, heç bir sosial dayağı, elektoratı, tərəfdarı, hətta seçkilərdə irəli sürməyə namizədi olmayan partiyaların «funksionerləri» hər hansı məsələ ilə bağlı elə ultimativ hədələr səsləndirirlər ki... Bişmiş toyuğun gülməyi gəlir...».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG