Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:34

Harami dağında vulkan püskürüb


Hacıqabul rayonu ərazisindəki Harami dağında vulkan püskürüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsinin rəisi İlqar Namazov məlumat verib. Məlumatda bildirilir ki, bu gün səhər saatlarında Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin ərazisinə yaxın Harami dağının (Böyük Hərami silsiləsi) zirvəsində 30-50 metr hündürlüyündə alovla müşayiət olunan palçıq vulkanı püskürüb.

Fasilələrlə 30 dəqiqədən çox püskürən vulkanı 70-80 kilometr məsafədən seyr etmək mümkün olub.

Vulkan Hacıqabul rayonu və Şirvan şəhərindən də müşahidə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG