Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Suriya BMT-də insan haqları ilə bağlı yerə namizədliyini geri götürdü


Suriyada 20-yə yaxın adamın öldürüldüyü bildirilir. Mayın 11-də Homs və Harra şəhərlərində tanklardan yaşayış ərazilərində atəş açılıb. Türkiyə ilə sərhəd olan Aleppoda təhlükəsizlik qüvvələri 2000-ə yaxın tələbənin nümayişinin qarşısını alıb. Beynəlxalq tənqidlərin get-gedə artmasından sonra Suriya elan edib ki, BMT-də insan haqları ilə bağlı yerə namizədliyini geri götürür. Suriyanın BMT-dəku nümayəndəsi Bashar Ja-fari deyib ki, Dəməşq "prioritetlərini yenidən gözdən keçirib" və 2013-cü ildə özünü sınayacaq.

Bir müddətdir ki, Suriyada etiraz nümayişləri başlayıb və onlar Bashar Al-Asadin hakimiyyətdən getməsini tələb edirlər.
XS
SM
MD
LG