Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Muammar Qaddafi dövlət televiziyasının efirində görünüb


Liviya rəhbəri Muammar Qaddafi ölkə televiziyasında qısa müddətə görünüb. O, Liviya televiziyasının tayfa liderlərinin mayın 11-də keçirdikləri görüşlə bağlı verdiyi süjetdə görünüb. Aprelin 30-dan bəri, NATO qüvvələrinin hava hücumlarından sonra Qaddafidən heç bir xəbər yox idi.

Televiziyanın yaydığı süjetdə tayfa liderlərinin bir-bir gəlib onunla görüşməsi göstərilir. Qaddafi qara geyim, qara eynək və ənənəvi papağında olub.

Bundan bir az əvvəl Liviya üsyançıları bildiriblər ki, onlar Misrata airoportunu nəzarətə götürüblər. Üsyançılar Qaddafinin 41 illik hakimiyyətinə son qoyulmasını istəyirlər.
XS
SM
MD
LG