Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05
ROMADA DAĞIDICI ZƏLZƏLƏ QORXUSU

Mayın 11-də minlərlə italyan Romadakı evlərini tərk edib başqa şəhərlərə gediblər. Romanın bir çox yerlərində, xüsuən də çinlilərin kompakt yaşadığı ərazilərdə dükanların əksəriyyəti bağlanıb. Səbəbsə, dağıdıcı zəlzələ qorxusu olub.

Bir neçə gün əvvəldən internetdə Raffaele Bendandi adlı məşhur seymsoloqun proznoları yayılıb. 1979-cu ildə dünyasını dəyişən Bendandi iddia eləmişdi ki, 2011-ci il mayın 11-də Romada güclü zəlzələ olacaq.

Mayın 10-da Romanın 100 kilometrliyində kiçik bir təkanın qeydə alınması da romalıların bu iddialara inanmasına və daha çox panikaya düşməsinə səbəb olub.

Hətta Mülki Müdafiə Agentliyi Romada zəlzələlərin nadir olmasıyla bağlı məlumatlar və seysmologiya ilə bağlı geniş məlumatlaırn yerləşdirildiyi xüsusi səhifə də yaratmağa məcbur olub.

BENDANDİYƏ NİYƏ İNANIRLAR?

Bendandinin proqnozlarının sirri dəqiqliyində olub. O inanırdı ki, göy üzündə planetlərin düzülüşünə görə, zəlzələləri proqnozlaşdırmaq olar. 1923-cü ildə bu üsuldan istifadə edərək bir il sonra, yanvarın 2-də Adriatik dənizi sahillərində güzlü zəlzələ olacağını bildirmişdi. Zəlzələ 2 gün gecikməylə baş verdi.

Bu proqnozdan sonra Bendandi çox məşhurlaşdı. Hətta o vaxtın diktatoru Benito Mussolini 1927-ci ildə Bendandiyə cəngavərlik statusu verdi.

Bendandi 1976-cı ildə, İtaliyanın Friuli regionunda baş verən güzlü zəlzələni də öncədən proqnozlaşdırmışdı. Həmin zəlzələ vaxtı 1000 nəfər həlak olmuşdu.

Amma alimlər və araşdırmaçılar məşhur seysmoloqların günümüzlə bağlı heç bir proqnoz vermədiyinə əmindirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG