Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34
Mayın 11-də eks prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “parlament kuboku 2011”-in açılışı oldu. Bakı Dövlət Universitetinin idman kompleksində keçirilən turnir çərçivəsində ilk oyun Milli Məclislə Konstitusiya məhkəməsinin əməkdaşları arasında keçirildi.

Milli Məclis komandası Konstitusiya məhkəməsinin üzərində qələbə qazanaraq hesab 7:2 oldu.

Turnir iyunun 15-dək davam edəcək. Və oyunlar 12 dövlət qurumunun futbol komandaları arasında baş tutacaq. 4 qrupda dairəvi sistem üzrə keçiriləcək yarışmanın digər iştirakçıları Prezident Administrasiyası, Xarici İşlər, Vergilər, Nəqliyyat, İqtisadi İnkişaf, Ədliyyə, Səhiyyə, Rabitə və informasiya texnologiyaları, Ekologiya və təbii sərvətlər nazirliklərinin və Ali məhkəmənin futbol komandalarıdır.

Belə bir turnirin keçirilməsi təşəbbüsü ilə Milli Məclis çıxış edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG