Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:54

Çexiya prezidentinə zarafat olaraq yüzlərlə qələm göndərilib (VİDEO)


«Facebook»da «Prezidentə qələm toplayaq» adı altında yaradılan qrup Çexiya prezidenti Vatslav Klausa (Vaclav Klaus) bir neçə yüz yeni qələm göndərdiyini açıqlayıb.

Müraciəti 13 500 adam imzalayıb. Bununla belə, təşkilatçılar müraciət imzalayanların hamısının prezidentə qələm göndərdiyini düşünmür.

V. Klausun sözçüsü Radim Oxvat (Radim Ochvat) prezident iqamətgahına bir neçə qələmin gətirildiyini təsdiqləsə də, dəqiq sayını bilmədiyini deyib.

Qələmlərin sayını heç təşkilatçıların özləri də bilmir.

Müraciət müəlliflərindən Radek Rehaçek (Radek Rehacek) deyir ki, onlar bir neçə yüz qələmin göndərildiyini öyrəniblər: «bu, uğurdur».

Çexiya prezidenti V. Klaus Çilidə olarkən sənədlərin imzalanması üçün nəzərdə tutulan qələmi götürərək əvvəlcə masanın altında tutmuş, sonra isə ehmalca cibinə qoymuşdu. Bu haqda «YouTube»da yerləşdirilən videoya milyonlarla insan baxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG