Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Avropa Birliyi Suriyanı etirazçıları eşitməyə çağırıb


Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Kətrin Eşton (Catherine Ashton) bu gün bir daha Suriya hakimiyyətini etirazçıların tələblərini eşitməyə çağırıb.

O qeyd edib ki, suriyalılar tanklara boyun əyməyəcək və biz rejimi kursunu dəyişməyə çağırırıq.

Avropa Birliyi prezident Bəşər Əsədin (Bashar al Assad) qardaşlarından biri də daxil olmaqla, 13 Suriya rəsmisinin bank hesablarını dondurub, onlara qarşı viza qadağası tətbiq edib, habelə Suriyaya silah göndərilməsinə embarqo qoyub.

Hüquq müdafiəçiləri martın ortalarından bu yana Suriyada 800-dən çox etirazçının öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG