Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:44

Avropa Birliyi Benqazidə nümayəndəlik açır


Avropa Birliyi Liviyada üsyançılara kömək məqsədilə Benqazi şəhərində ofis açmağı planlaşdırır.

Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Kətrin Eşton (Catherine Ashton) deyib.

Bu arada şahidlər paytaxt Tripolinin yenidən havadan bombalandığını xəbər verirlər.

Üsyançılar isə hökumət qüvvələrinin Misrata şəhərindən geri oturdulduğunu və onların hava limanında mühasirəyə alındıqlarını deyirlər.
XS
SM
MD
LG