Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:49

Eurovision yarımfinalında texniki problem


Düssedorfda Euriovsion-2011 müsabiqəsinin birinci yarımfinalı mayın 10-da keçirilib. Birbaşa yayımlanan bu çıxışların səs ötürücüləri sistemində texniki xətalar baş verib. Bu haqda Avropa Yayım Birliyinin mayın 11-də keçirdiyi mətbuat konfransında açıqlama verilib.

Problemin olduğunu etiraf edən təşkilatçılar azından 10 ölkədə gedən yayımın 20 dəqiqə ərzində qüsurla işlədiyini deyiblər. Onlar bildiriblər ki, söhbət ancaq səs yayımından gedir, həmin ölkələrin şərhçilərinin səsini TV tamaşaçılar eşitməyib.

"Texniki problemlərdən heç kim sığortalanmayıb, bu problemlər 23-cü əsrdə də olacaq", deyə jurnaslitlərin suallarına cavab verən Yayım Birliyinin nümayəndəsi deyib.

Qeyd edilib ki, səs problemləri ilə bağlı heç bir ölkədən şikayət daxil olmayıb. Texniki qüsurların müğənillərin çıxışına heç bir təsiri olmayıb.

Mayın 10-da keçirilən ilkin mərhələdə 19 ölkədən 10-u seçilərək finala vəsiqə alıb. Onların arasında Azərbaycanı təmsil edən Ell və Nikk dueti də var.

Eurovision-2011-in qalibi mayın 14-də müəyyən olacaq
XS
SM
MD
LG