Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:42

Bin Ladenin ölümü Əfqanıstanda vəziyyəti dəyişə bilər


Əl Gaidənin lideri Osama bin Ladenin öldürülməsi Əfqanıstanda oyunun qaydalarını dəyişməyə, münaqişənin siyasi həllinə və sonda müttəfiq qüvvələrin bu ölkədən çıxarılmasına imkan açır.

Bunu ABŞ senatındakı xarici əlaqələr komitəsinin sədri Con Kerri (John Kerry) Konqresdə keçirilən dinləmələrdə deyib.

Amma Con Kerri və komitənin İndiana ştatından olan digər respublikaçı üzvü Richard Lugar ABŞ ordusunun Əfqanıstandan tələsik çıxarılmasına qarşıdılar.

ABŞ bu ilin yayından Əfqanıstandan ordusunun çıxarılmasına başlamağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG