Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:33

Dövlət müəssisələrində çalışanların yuxarı yaş həddinin 65 olması təklif edilir


Azərbaycanın sosial qanunvericiliyində yeniliklər olacaq. Əmək Məcəlləsinə, «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik ediləcək.

Dəyişikliklər layihəsini Milli Məclisə prezident İlham Əliyev göndərib.

Əlavə və dəyişikliklər layihəsi mayın 11-də Milli Məclisin müvafiq komitələrində müzakirə olunub.

Deputat Hadı Rəcəbli deyib ki, əlavə və dəyişiklik dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olmasını nəzərdə tutur. Müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər. Lakin bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

«Əmək pensiyaları haqqında» qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanların təqaüdünün yenidən hesablanmasını nəzərdə tutur.

Hadı Rəcəbli deyib ki, 2006-cı ildən əvvəl pensiyaya çıxanlarla sonradan çıxanların pensiyası arasında ciddi fərq var.

Müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
XS
SM
MD
LG