Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:22
«İşdən sonra» proqramında ekspertlər Azər Mehtiyev və Zöhrab İsmayıl bu suala cavab verməyə çalışırlar.

Azər Mehtiyev:


«Ümumiyyətlə, son vaxtlar baş verən artımların həcminə diqqət yetirsək görərik ki, orta hesabla 10-15, ən yüksək halda isə 20 faiz artımdan söhbət gedir. Lakin bu artımın insanların həyatına nə cür təsir etməsi çox önəmlidir. Bu da təbii ki, ilk əvvəl «indiki əməkhaqqı nə qədərdir» sualını doğurur. Təhsil və səhiyyə işçilərinin əməkhaqqı haradasa orta hesabla 100-150 manat civarında dəyişir. İndi bu 100-150 manatı nə qədər artırmaq lazımdır ki, o bugünkü standartlarla insanların ehtiyacını ödəyə bilsin? Sualın mahiyyəti bundan ibarətdir. 150 manatın 15 və ya 20 faiz artması ilə əməkhaqqının
Zöhrab İsmayıl
180-190 manat olması o insanların həyatına ciddi təsir etmir».

Zöhrab İsmayıl:

«İqtisadi artım əməkhaqqını artırmalıdır. Minimal əməkhaqqı 10 manat, 20 manat artmasa, ölkədə əməkhaqqının durumu dəyişmir... Əslində bu əmək haqlarının artırılması məsələsi adətən dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlara şamil olunmur. Onların bir qisminə şamil olunur. Ancaq bu əmək haqlarının qaldırılmasından o qədər danışırlar ki, sanki bu, hamıya aiddir. Hökumət gərək diqqətini ona yönəltsin ki, iqtisadi artım digər insanların da əmək haqqının artmasına şərait yaratsın. Ümumiyyətlə, ölkədə orta əməkhaqqı aşağı səviyyədədir...».

Şərhləri göstər

XS
SM
MD
LG