Keçid linkləri

Təcili xəbərlər

ABŞ internet senzurasının qarşısını alacaq


ABŞ, avtoritar ölkələrdə internet senzuranın qarşısını almaq üçün yeni bir texnologiyaya milyonlarla dollar sərmayə qoyacağını bəyan edib.

AFP-in məlumatına görə, ABŞ Xarici işlər Nazirinin insan haqqlarıyla bağlı köməkçisi Michael Posner internetə mane törədən Çin, İran və digər avtoritar hökumətləri qabaqlamaq üçün yeni texnologiyalara 19 milyon dollar məbləğində pul ayıracağını deyib.

Yeni texnologiya internet nəzarətindən yayınmağa imkan verəcək.

Ayrılan pulların, senzura tətbiq edən ölkələri təyin edən və onların üsullarını özlərinə qarşı istifadə etməyə imkan verən yeni texnologiya üçün istifadə ediləcəyini deyən Posner, «Bu siçan- pişik oyunu kimidir. Pişikdən daha irəlidə olmağa çalışırıq»-deyə bildirib.

ABŞ Xarici işlər Naziri dünən Vaşinqtonda Çin ilə ABŞ arasında keçirilən «Strateji və iqtisadi Dialoq» yığıncağının bağlanışı zamanı, Çin hakimiyyətinin müxaliflərə və rejimi tənqid edənlərə tətbiq etdiyi təzyiqləri şiddətlə tənqid edib.

Amerikan Konqresi tərəfindən internet azadlığının müdafiəsi üçün ayrılan büdcə 30 milyon dolları təşkil edir.

Ümumilikdə dünyada 200-ə yaxın internet fəalının həbsdə olduğu deyilir.

Ən son yazılan

XS
SM
MD
LG