Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41

Prokuror ruhani Azər Cəbiyevə 4 il 6 ay həbs istədi


Mayın 11-də Gəncənin Nizami rayon Məhkəməsində ruhani Azər Cəbiyevin işinə baxılıb.

Hal şahidləri dindirildikdən sonra dövlət ittihamçısı A. Cəbiyevin cinayətinin sübuta yetirildiyini deyib və ona 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Elçin Namazov məlumat verib.

Vəkil isə bəraət üçün məhkəməyə müraciət edib.

A. Cəbiyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdə ittiham olunur.

İttihama əsasən, A. Cəbiyev polis işçiləri tərəfindən tutularaq gətirildiyi Nizami rayon polis şöbəsi rəisinin iş otağındakı avadanlıqları sındırıb, polis işçilərinə xəsarət yetirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG